Fuad Nəcəfli: "Naxçıvanda büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilməyib"

      Fuad Nəcəfli:    "Naxçıvanda büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilməyib"
  10 Yanvar 2023    Oxunub:963
"Bu gün sessiyada Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına nəzər salındı, eyni zamanda 2023-cü il büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiq edildi. Biz bu vəsaitlərdən maksimum səmərəli istifadə etməliyik".
AzVision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında bir çox istiqamətlər üzrə nöqsanlar var, xüsusilə ötən illər ərzində büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilmədiyi müəyyən olunub:

"Bundan əlavə vətəndaşlarla iş sahəsində buraxılan nöqsanlar, şəhid ailələri və qazilərin problemləri birmənalı şəkildə həll olunmalıdır. Səlahiyyətli nümayəndə ümumi inkişaf istiqamətlərini diqqətə çatdıraraq deyib ki, ilin əvvəlindən etibarən fəaliyyət Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin bu və digər sahələrdə müəyyən etdiyi istiqamətlərə uyğun qurulmalı, qarşıya qoyulan vəzifələr icra edilməlidir".

AzVision.az


Teqlər:





Xəbər lenti