Texnologiyada yeni era - Virtual yara və ağrıları hiss edəcəyik

  Texnologiyada yeni era -    Virtual yara və ağrıları hiss edəcəyik
  10 Yanvar 2023    Oxunub:1261
CES 2023 sərgisi çərçivəsində maraqlı və diqqət çəkən bir texnoloji yenilik təqdim olunub.
AzVision.az xəbər verir ki, "OWO Skin" adlanan bu xüsusi geyimin köməyi ilə virtual oyunlarda iştirak edənlər silahdan açılan atəşləri, hətta yaraların verdiyi ağrıları belə hiss edə biləcəklər.

Tərtibatçılar iddia edirlər ki, “ikinci dəri” adı verilən bu texnologiya oyunlarda yeni dövrü başladır. Çünki burada real hisslərin imitasiyası var. Hətta nəinki zərbələr, küləyin əsməsi də hiss olunacaq.

LaptopMag nəşri yazır ki, kostyum 30 hissi əks etdirə və ya yaşada bilən xüsusi elementlər, daxili batareyalarla təchiz edilib. Maraqlıdır ki, kostyumun çəkisi cəmi 600 qramdır. Qeyd olunur ki, qurğu iOS və Android də daxil olmaqla müxtəlif platformalar tərəfindən dəstəklənir.

Oyun istifadəçiləri artıq məhsulu indidən sifariş edə bilərlər. Hazırda onun qiyməti 399 dollardır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Oyun   Kostyum   Texnologiya  





Xəbər lenti