İlham Əliyev: "Bu, dünya hərb tarixində misilsiz bir göstəricidir”

Dövlətimizin başçısı deyib: “Yadımdadır, biz ordu xərclərinə böyük vəsaitin ayrılmasına başlayanda məni hətta beynəlxalq qurumlarda ittiham edirdilər ki, axı Azərbaycan bu məsələni sülh yolu ilə həll etməlidir, bu məsələnin hərbi həlli yoxdur. Nə üçün bu qədər vəsait ayrılır? Hətta ölkə daxilində bəziləri tənqidlə yanaşırdılar ki, nə üçün orduya bu qədər vəsait ayrılır. Bizim keçirdiyimiz paradlara pis gözlə baxanlar da olmuşdur. Biz, sadəcə olaraq, öz imkanlarımızı göstərirdik ki, bu işğalla barışmayacağıq. İstəyirdik ki, müharibəyə ehtiyac qalmasın”.
Prezident qeyd edib ki, verdiyimiz siqnallar ünvana çatmadığı üçün biz məcbur olub öz gücümüzü göstərdik, müharibədə Ordumuzun gücünü göstərdik.
“44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
AzVision.az