2023-cü ilin ən yaxşı səyahət istiqamətləri: "Forbes" reytinqində Azərbaycan

"Forbes" məsləhətçisi Anya Kartaşovanın tövsiyələrində qeyd olunur ki, Qafqaz dağlarının Dubayı adlandırılan Azərbaycanın paytaxtı Bakı təzadlar şəhəridir. 1800-cü illərin ortalarında ilk kommersiya neft buruqunun qazılmasından sonra Xəzər dənizinin sahilində yerləşən şəhərin ölçüsü çox böyüyüb (2020-ci ilin əhalisi 2 milyon nəfərdən çox idi).
Turistlərə bildirilir ki, əgər onlar Bakıya gəlsələr orta əsrlərə aid İçərişəhərin divarlarının yanında parlaq Alov Qüllələrini və sovet memarlığını neft buruqlarının yanında məscidləri tapa biləcəklər:
"Bakı həm də "Formula 1" yarışı olan Azərbaycan Qran Prisinin vətənidir, ona görə də, əgər siz F1 azarkeşisinizsə, ən azı 2024-cü ilə qədər şəhər küçələrində yarışl izləyə bilərsiniz".
Aytən Zəhra
AzVision.az
Teqlər: