Bir dəfə bağlanan məktəb... Bir də açılacaqmı?!

// Sumqayıt şagirdlərini ən çox maraqlandıran suallardan biri budur

  Bir dəfə bağlanan məktəb...  Bir də açılacaqmı?!
  11 Yanvar 2023    Oxunub:2130
Sumqayıt şəhəri 36 nömrəli tam məktəbin valideynləri məktəbsizlikdən şikayətçidirlər.
AzVision.az -a daxil olan şikayətdə bildirilib ki, məktəb 4 il əvvəl təmirə bağlanıb. Pedoqoji heyət və şagirdlər müvəqqəti olaraq Sumqayıt şəhəri 16 nömrəli məktəbin yanındakı köhnə türk liseyinin binasına köçürülüb. Lakin 4 ildir ki, məktəbin təmiri bitmir. Müəllim və valideynlərə də həmin məktəbin yenidən fəaliyyət göstərib-göstərməyəcəyi də deyilmir:

"Hər gün övladlarımızı səhər saat 06:30-dan öz hesabımıza təşkil etdiyimiz servislərlə yola salırıq ki, uşaq dərsə vaxtında gedib çata bilsin. Bundan əlavə, hər gün bir şagirdin məktəbə gəlib getməsi üçün 1.50 azn pul ödəyirik. Elə ailə var ki, üç-dörd övladını məktəbə yola salır. Demək olar ki, çoxumuz aztəminatlı ailələrik.

Dəfələrlə yeni məktəb binasının təmiri və ya inşası ilə əlaqədar məktəb rəhbərliyinə, Sumqayıt Şəhər Təhsil İdarəsinə və digər aidiyyatı qrumlara müraciətlər etmişik. Həmişə də eyni cavabı almışıq.

"Məktəbimiz tikiləcək, gözləyin", deyib bizi yola salırlar. Hər il yanvar ayında məktəbimizin təmir-tikinti işlərinə başlanacağı barədə vədlər alırıq və nəticə göz qabağındadır. Xahiş edirik ki, bizə Elm və Təhsil Nazirliyi bu barədə rəsmi bir açıqlama versin. Burada söhbət minə yaxın şagirdin və yüzlərlə pedaqoji işçinin taleyindən gedir", -deyə şikayət məktubunda qeyd edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, 1296 yerlik məktəb qəzalı vəziyyət səbəbi ilə 25.12.2019-cu il tarixindən təmirə bağlanıb. İdarədən bildirilib ki, şagirdlərin məktəbə gediş-gəlişlərini rahat və təhlükəsiz formada təmin etmək məqsədi ilə yaxın günlərdə ödənişsiz servis xidməti təşkil olunacaq.

“Bununla yanaşı bildirmək istərdik ki, məktəbin binasının əsaslı təmiri bu ildə nəzərdə tutulub”, - deyə qurumdan qeyd edilib.







Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti