Naxçıvanda nazir və komitə sədri işdən çıxarıldı

   Naxçıvanda nazir və komitə sədri işdən çıxarıldı
  11 Yanvar 2023    Oxunub:1294
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Azər Zeynalovun digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlu da vəzifəsindən azad edilib.

Qeyd edək ki, hər iki şəxs məsuliyyətə cəlb edilərək həbs ediliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti