Konstitusiya Məhkəməsi Palatası Prokurorluğun sorğusuna baxıb

Konstitusiya Məhkəməsi Palatası Prokurorluğun sorğusuna baxıb
  11 Yanvar 2023    Oxunub:771
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının yanvarın 10-da növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü və 236-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 8-nə təyin edilmiş iclasında baxılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti