Qarda yıxılma səbəbilə KTM-a müraciətlərin sayı artıb

"Bu dövr ərazində avtomobil qəzaları nəticəsində xəsarət alaraq Mərkəzə müraciət edənlərin sayında isə kəskin azalma müşahidə olunub. Avtomobil qəzası nəticəsində yaralanan 9 nəfər Mərkəzin Təcili yardım şöbəsinə gətirilib. Bu da əvvəlki günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir. Həkimlər bunu qarlı hava şəraitində şəxsi avtomobillərdən az istifadə edilməsi ilə əlaqələndirir.
Qarlı hava şəraitini nəzərə alaraq sürücüləri və piyadaları daha diqqətli olmağa çağırırıq. Unutmayaq ki, baş verə biləcək hadisədən heç kim sığortalanmayıb", məlumatda qeyd edilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: