"Mercedes" "Lada" ilə toqquşdu, sərnişin öldü

   "Mercedes" "Lada" ilə toqquşdu,    sərnişin öldü
  11 Yanvar 2023    Oxunub:730
Ağcabədi rayonu ərazisində rayon sakinləri Ayxan Quliyev və İsa Cəfərovun idarə etdikləri müvafiq olaraq "Mercedes" və "Lada" markalı avtomobillər toqquşublar.
Bu barədə AzVision.az -a DİN-dən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində "Lada"nın sərnişini Rəşadət Abbasov ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti