"Valideynlərə də bildirdik ki, məktəb tikintisi 1-2 günə hazır olmur. Bu layihələndirilməli, təsdiqlənməli, maliyyə ayrılmalıdır. Azərbaycanda son 30 ildə 3200 məktəb tikilib və bu proses davam edir. Küçeyidən də pis gündə olan məktəblərimiz var. Məktəb tikintisi zamanı şagird sayının çoxluğu və məktəbin daha pis vəziyyətdə olmasına baxılır. Bu il Qubada Vəlvələ kənd və Pirvahid kənd məktəbləri tikilir. Növbəti ildə Qubada tikiləcək məktəblər içərisində Küçeyi kənd ümumi orta məktəbi ilk ikilikdədir".
R.Hacıyev qeyd edib ki, Küçeyi kəndində 170-180 nəfərlik məktəbin tikilməsi planlaşdırılır. Sinif otaqlarının isidilməsi problemi də nəzarətə götürülüb. Orada kömür peçləri odun peçləri ilə əvəz olunacaq və məktəbin isidilməsi üçün odun təmin ediləcək.


Aytən Zəhra
AzVision.az