“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli biletlər bu həftə bitir
İlkin endirim kampaniyası müddətində ayaqüstü yerlər üçün biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığındadır.
Yanvarın 15-dən sonra biletlərin satışı tam qiymətlərlə davam etdiriləcək.
Biletləri BŞH-ın rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərin satış nöqtələrindən əldə etmək mümkündür:
• “28 Mall” Ticarət Mərkəzi
• “Gənclik Mall” Ticarət Mərkəzi
• Heydər Əliyev Sarayı
• Köşk №1 (M.Rəsulzadə 3)
• Köşk №2 (Bül-bül prospekti, Nizami küç.)
• 1 saylı "ASAN xidmət” mərkəzi
• 2 saylı "ASAN xidmət” mərkəzi
• 3 saylı "ASAN xidmət” mərkəzi
• 4 saylı "ASAN xidmət” mərkəzi
• Sumqayıt "ASAN xidmət" mərkəzi
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


