Xankəndi erməniləri acdır: "İş yerləri bağlanıb"

      Xankəndi erməniləri acdır:    "İş yerləri bağlanıb"
  12 Yanvar 2023    Oxunub:1061
"Qarabağda sosial vəziyyət gərgindir. Ötən həftədən elektrik enerjisi kəsilib".
AzVision.az xəbər verir ki, bu barədə cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Qarabağda ərzaq çatışmazlığı səbəbindən uşaq bağçaları tam fəaliyyət göstərə bilmir. İş yerləri də bağlanmağa başlayıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 32 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti