Jurnalistlər 3 illik vergidən azad edilə bilər: Qanun hazırdır

 Jurnalistlər 3 illik vergidən azad edilə bilər:  Qanun hazırdır
  12 Yanvar 2023    Oxunub:766
"Media subyektlərinə 3 il müddətinə vergidən azad edilməsini nəzərdə tutan və müvafiq orqanlarla tam razılaşdırılıb".
AzVision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) 2022-ci ilin yekunlarına dair hesabat konfransında agentliyin sədri Əhməd İsmayılov deyib. O, qeyd edib ki,media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi tədbirləri çərçivəsində media dəstək layihələri tam yeni qaydalar əsasında həyata keçirilir:

"Milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilib. Region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanmaqdadır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti