Qarlı hava çaylarda sululuğa müsbət təsir göstərib

“Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsində isə qarın daha çox yağması nəticəsində qar örtüyünün orta hündürlüyü Quba-Xaçmaz bölgəsində 32, Lənkəran-Astara bölgəsində isə 35 sm-dək olub”.
A.Verdiyev onu da qeyd edib ki, müşahidə edilən hava şəraiti çayların sululuğuna da müsbət təsir görtərib. Düşən yağıntılarla bağlı bəzi çaylarda və Kürün aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. “Lənkəran-Astara bölgəsindən axan Viləşçay-Şıxlar, Lənkərançay-Sifidor, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqələrində suyun səviyyəsində 1, Kür-Surra məntəqəsində 13, Kür-Şirvanda 4, Kür-Salyanda 19, Kür-Bankədə 6 sm artım qeydə alınıb”.
Xidmət rəsmisinin sözlərinə görə, yaxın günlərdə temperatur rejiminin tədricən yüksəlməsi və dağlıq ərazilərə yağan qarın tədricən əriməsi nəticəsində çaylarda xüsusən də Lənkəran-Astara bölgəsindən axan çaylarda sululuğun artımı gözlənilir.
AzVision.az
Teqlər: