180-ə yaxın jurnalist media reyestrində qeydiyyata düşüb

   180-ə yaxın jurnalist media reyestrində qeydiyyata düşüb
  12 Yanvar 2023    Oxunub:967
"Son iki ay ərzində media reyestrinə 200-ə yaxın media subyekti müraciət edib".
AzVision.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyininin sədri Əhməd İsmayılov 2022-ci ilin yekunlarına dair hesabat tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, onlardan 160- a yaxın təsdiqlənib.

"Hazırda elektron müraciətlər davam edir. Media reyestrinə media subyektləri üzrə işləyən jurnalistlər və ya fərdi jurnalistlər də müraciət edir. Bu günə qədər 180-ə yaxın jurnalist media reyestrində qeydiyyata düşüb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti