Səfirlərimizin və beynəlxalq təşkilatlardakı nümayəndələrimizin məvacibi müəyyənləşib

Fərmanla Nazirlər Kabineti on beş gün müddətində aşağıdakı müavinətlərin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:
“Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə ödəniləcək təhsil müavinəti;
həmin qanuna uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə ödəniləcək aylıq müavinət;
həmin qanuna uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı ödəniləcək aylıq təmsilçilik müavinəti.
Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilib.
AzVision.az
Teqlər: