Bu heyvanların ovlanması qadağandır

   Bu heyvanların ovlanması qadağandır
  13 Yanvar 2023    Oxunub:817
"Bu il ərzində su bataqlıq quşları üçün ov mövsümü davam edir. Marta qədər proses davam edəcək. Sayğı prosesinin davamında dağıstan turunun ov predmeti kimi salınması məsələsi məlum olacaq".
AzVision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

Xidmət rəisi bildirib ki, heyvanların sayğısı nəticəsində ov limitləri açılır: "Buna uyğun vətəndaşlara lisenziya verilir. Su bataqlıq quşlarının ovlanması ilə digər heyvan növlərinin ovlanması arasında fərq var. Hər bir heyvanın ovlanması müxtəlif tarixlərdə olur. "Qırmızı kitab"a düşən heyvanların ovlanması qadağandır. Ayrılan lisenziyada göstərilən limitdən artıq heyvan ovu qadağandır və qayda pozuntusudur".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti