Azərbaycanda turistlərin getdiyi qoruqların adı açıqlandı

Azərbaycanda turistlərin getdiyi qoruqların adı açıqlandı
  13 Yanvar 2023    Oxunub:734
"Milli parklara səfər edənlərin sayında 2021-ci illə müqayisədə artan tendensiya müşahidə edilir. Ötən il 276 mindən çox turis milli parklara səfər edib".
AzVision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, saylarda artım milli parklarda yeni infrastrukturların və yeni marşurutların yaranması ilə bağlıdır:

"Turistlər daha çox "Göygöl", "Abşeron", "Şahdağ" və "Hirkan" milli parklarına gedib. Bu o demək deyil ki, digər parklara az turist gəlir. Məsələn, "Ağgöl" milli parkına su bataqlıq quşlarını və mart ayında laləliyi görmək üçün gedirlər.

2023-cü ildə hədəflərimiz daha böyükdür və çox turisti cəlb etmək üçün işlərə başlanılıb. Məsələn, "Altıağac" milli parkında xizəklə sürüşmək üçün şərait yaradılıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti