"Hirkan" meşələri YUNESKO-nun irs siyahına salınacaq

   "Hirkan" meşələri YUNESKO-nun irs siyahına salınacaq
  13 Yanvar 2023    Oxunub:906
"2023-cü ildə "Hirkan" meşələrinin YUNESKO-nun irs siyahına salınması istiqamətində müsbət nəticə əldə olunması gözlənilir".
AzVision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla bağlı son yekun sənədlər təqdim edilib və qarşı tərəfdən hər hansı etiraz bildirilməyib:

"Eyni zamanda palçıq vulkanları və Zaqatala qoruğu ilə bağlı beynəlxalq layihələr davam edir. Zaqatala biosfer rezervartının vətəndaşlar üçün daha əlçatan olması nəzərdə tutulur".

F.Əliyev əlavə edib ki, Acınohur çölündə yeni milli parkın yaradılması nəzərdə tutulub.

Xidmət rəisi bildirib ki, hazırda nazirlik daxilində sənədlər toplanılır və aidiyyəti orqanlara təqdim olunması planlaşdırılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti