Ölkədə istifadə edilən maşınların yaşı açıqlandı

   Ölkədə istifadə edilən maşınların yaşı açıqlandı
  13 Yanvar 2023    Oxunub:888
"Ölkədə olan 85 min maşının yaşı 5 ilə qədərdir. 80 faizdən çox avtomobilin yaşı isə 10 ildən çoxdur".
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, avtomobillərin 7-8 %-nin yaşı isə 40 ildən çoxdur: "Bu tendensiya ildən-ilə artmağa davam edir. Ona görə də yeni avtomobillərin alınması məqsədəuyğundur".

R.Səttərzadə qeyd edib ki, hibrid və elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad edilməsi ekoloji təmiz avtomobillərdən istifadənin artımına müsbət təsir edir:

"Artıq ölkəyə ötən il 409 elektromobil gətirilib. 2021-ci ildə isə bu rəqəm 160 olub. Eyni zamanda 1000-ə yaxın hibrid avtomobili idxal olunub".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti