"Bəsitçay" qoruğu minalardan təmizlənir

   "Bəsitçay" qoruğu minalardan təmizlənir
  13 Yanvar 2023    Oxunub:1067
"Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin bərpası istiqamətində görülən işlər çərçivəsində həmin ərazilərin minalardan təmizlənməsi davam edir".
AzVision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, artıq 30 ha yaxın ərazi minadan təmizlənib: "Aidiyyəti qurumlar əraziyə bir neçə dəfə səfər edib. İlkin invertarlaşma işləri həyata keçirilib və dəymiş ziyanın məbləği müəyyənləşib. Nazirlik qoruğun işçi ştat cədvəlinin hazırlanması, mühafizə postlarının yerləşəcəyi ərazinin müəyyənləşməsi, xəritələri tərtib edib. Qoruğunun yaradılması istiqamətində görülən işlər mərhələli şəkildə davam edir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti