Dubayda 3D texnologiyası ilə ilk məscid tikiləcək

 Dubayda  3D texnologiyası ilə ilk məscid  tikiləcək
  13 Yanvar 2023    Oxunub:2354
Dubayda dünyada ilk dəfə 3D ilə çap edilmiş məscid tikiləcək.
AzVision.az xəbər verir ki, bu barədə əmirliyin " The National " qəzeti məlumat yayıb. Qeyd olunub ki, 3D çap texnologiyasından istifadə tikinti materiallarının sərfini azaldacaq, təbiətə zərər verməyəcək.

Layihə üzərində işləyən mühəndislər etiraf ediblər ki, eksperimental xarakter daşıdığından tikinti adi üsulla məscid tikməkdən 30% baha başa gələcək. Seçilmiş texnologiya kompüter işarələrinə uyğun olaraq sürətlə sərtləşən tikinti materialının təbəqələrinin qoyulmasını təmin edir.

İki min kv. m sahəsi olan məscidin tikintisinə 2023-cü ilin oktyabrında başlanılması planlaşdırılır. 3D çapa dörd ay, binanı ibadətçilər üçün lazım olan hər şeylə təchiz etmək üçün bir il vaxt lazımdır. Layihə 3D çap texnologiyasının inkişafı və əmirliyin paytaxtının 2030-cu ilə qədər bu sahədə dünya lideri olması strategiyasının bir hissəsi kimi həyata keçirilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti