Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor və baş həkim təyin olunub

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor və baş həkim təyin olunub
  13 Yanvar 2023    Oxunub:1216
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) yeni direktor və baş həkim təyin olunub.
AzVision.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorunun müavini - baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti