Məktəblilərin qış tətili günləri açıqlandı

 Məktəblilərin qış tətili günləri açıqlandı
  13 Yanvar 2023    Oxunub:1635
Ümumtəhsil müəssisələrində qış tətilinin vaxtı açıqlanıb.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumata görə, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli, 66 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində 5 gün qış (27-31 yanvar) tətili müəyyən edilib.

Qeyd edirik ki, qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti