Türkiyə ilə Ermənistan arasında internet əlaqəsi quruldu

   Türkiyə ilə Ermənistan arasında internet əlaqəsi quruldu
  13 Yanvar 2023    Oxunub:864
“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımlar atılıb”.
AzVision.az “TRT Haber”ə xəbər verir ki, bunu diplomatik mənbələr bildirib.

Məlumata görə, Ankara və İrəvan arasında konsulluq xidmətləri ilə bağlı işlər uğurla davam edir: “Türkiyə ilə Ermənistan arasında həyata keçirilən müzakirələr nəticəsində hava yolu ilə yükdaşınmaları mümkün olub. Bu, iki ölkə arasındakı iqtisadi əlaqələr üçün mühüm töhfədir”.

Qeyd olunub ki, iki ölkə arasında internet əlaqələri qurulub.

"Qarşılıqlı uçuşlar yaxşı gedir. İnsanların təması başlayıb. Onlar rahat gedib -gəlirlər. Bu dövrdə gözlə görülməyən şeylər də oldu. Türkiyə vətəndaşı Ermənistana birbaşa nəqliyyat olmadığı üçün Tbilisidən viza alırdı. İndi internet əlaqəsi yaradılıb. Amma əvvəl Ermənistanla internet üzərindən əlaqə saxlamaq imkanı yox idi. Ermənistandakı internet Türkiyə ərazisində bağlı idi. Artıq açıldı. Konsulluqla bağlı işlər yaxşı davam edir. Eyni zamanda görünməyən bəzi hümanitar addımlar da atılıb", -diplomatik mənbə bildirib.

Məlumata görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında növbəti görüşün nə vaxt baş tutucağı hələ dəqiqləşməyib: “Amma bundan sonrakı müzakirələr ya Türkiyədə, ya da Ermənistanda baş tutacaq”.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti