Ağstafada iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

"Opel" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində, 1978-ci il təvəllüdlü Kamil Cabbarov, 1979-cu il təvəllüdlü Cümşüd Rzayev, 1960-cı il təvəllüdlü Rizvan Mustafayev və daha bir nəfər xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)
AzVision.az
Teqlər: