Mövcud peyvəndlər yeni ştama qarşı effektivdir

TƏBİB-in nümayəndəsi mövcud peyvəndlərin yeni ştam üçün də effektiv olduğunu diqqətə çatdırıb: “Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19-a qarşı əsasən üç doza vaksin vurulması tövsiyə olunub. Azərbaycanda əhalinin böyük bir qismi peyvəndin iki dozasını qəbul edib. İkinci dozadan altı ay keçənlər isə üçüncü doza vaksini vurdururlar. Mütəmadi olaraq bununla bağlı tövsiyələrimizi verir və çağırış edirik ki, üçüncü doza vaksinə ehtiyacı olanlar onu vurdursunlar.
Ümumiyyətlə pandemiya və epidemiyalarla mübarizənin ən effektiv yolu vaksinasiyadır. Biz bunu praktik olaraq da müşahidə etdik. Peyvəndlərdən sonra da COVID-19-un ağırlaşmalarının qarşısı alındı, ölüm faizi azaldı. Yeni ştam omikronun subvariantı olduğuna görə Ümumdünya Səhiyyə Təşkilatı mövcud peyvəndlərin həmin ştamı da tanıyacağını və ona qarşı da qoruyuculuğu təmin edəcəyini bəyan edib”.
AzVision.az
Teqlər: