SSRİ Xalq artisti vəfat edib

   SSRİ Xalq artisti vəfat edib
  14 Yanvar 2023    Oxunub:698
SSRİ xalq artisti İnna Çurikova vəfat edib
AzVision.az xəbər verir ki, aktrisanın 79 yaşı var idi.

İnna Mixaylovna Çurikova 1943-cü il oktyabrın 5-də Başqırdıstan MSSR-in Belebəy şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra üçüncü cəhddə Boris Şukin Teatr Məktəbinə daxil olub. 1965-ci ildə Mixail Semenoviç Şepkin adına Ali Teatr Məktəbini fərqlənmə diplomu ilə bitirib.

1965-1968-ci illərdə Çurikova Moskva Gənc Tamaşaçılar Teatrında çalışıb 1975-ci ildən aktrisa Moskvada Lenin Komsomol Teatrının (indiki Lenkom) səhnəsində çıxış etməyə başlayıb.

Aktrisa bir neçə mükafatın laureatı olub: Rusiya Federasiyasının Dövlət Mükafatı, RSFSR Dövlət Mükafatı. Vasiliev qardaşları və Lenin Komsomolu Mükafatı.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti