Kəndin elektrik xətlərinin məftilləri energetikin evindən çıxıb

Kəndin elektrik xətlərinin məftilləri energetikin evindən çıxıb
  14 Yanvar 2023    Oxunub:1096
Babəkin Çeşməbasar kəndinin elektrik xətlərinin məftilləri energetikin evində aşkarlanıb
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat tədbiri zamanı rayonun Çeşməbasar kəndində yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi zamanı istifadə olunan 50 mm-lik alüminium məftilləri Naxçıvan Muxtar Respublikası Energetika Xidmətinin əməkdaşı Süleymanov Teymur Əyyub oğlu tərəfindən gizli yolla özünəməxsus yaşayış evinə yığdığı aşkar olunub.

AzVision.az xəbər verir ki, faktla bağlı Babək Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırma aparılır.

AzVision.az



Teqlər: Babək-Rayonu   Elektrik-Məftilləri  





Xəbər lenti