Dneprdə hündürmərtəbəli binaya hücum: Ölən və yaralananlar var

   Dneprdə hündürmərtəbəli binaya hücum:    Ölən və yaralananlar var
  15 Yanvar 2023    Oxunub:914
Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb. Onların arasında uşaqlar da var.
AzVision.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb. Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşları dağılmış hündürmərtəbəli binadan 38 nəfəri, o cümlədən 6 uşaqı xilas ediblər. Bildirilib ki, 14-ü uşaq olmaqla 73 nəfər yaralanıb.

Rezniçenkonun sözlərinə görə, 40-dan çox yaralının vəziyyəti ağırdır, 40-dan çox insanın isə taleyi naməlum olaraq qalır.

"Düşmənin yaşayış binasına hücumu nəticəsində 72 mənzil dağıdılıb, 230-dan çoxu yararsız hala düşüb. Evin dağılmış konstruksiyalarının sökülməsi davam edir. Artıq 3500 tona yaxın dağıntı çıxarılıb", - Rezniçenko bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti