Biləsuvarda 7 min abonent qazsız qaldı

Biləsuvarda 7 min abonent qazsız qaldı
  15 Yanvar 2023    Oxunub:769
Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında fasilə yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində daşıyıcı qaz kəmərinin zədələnməsi nəticəsində ümumilikdə 7 min abonent olmaqla Biləsuvar şəhərinin və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi məcburi dayandırılıb.

Təmir işlərinin bu gün axşam saat 20-21 radələrində başa çatdırılması planlaşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti