Ən zənginlərin bir faizi 42 trilyon dollarlıq sərvətin üçdə ikisinə sahibdir - HESABAT

   Ən zənginlərin bir faizi 42 trilyon dollarlıq sərvətin üçdə ikisinə sahibdir -    HESABAT
  16 Yanvar 2023    Oxunub:1090
Dünyanın ən zəngin insanlarının 1 faizi 2020-ci ildən bəri əldə edilən 42 trilyon dollarlıq yeni qlobal sərvətin təxminən üçdə ikisinə sahibdir.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın beynəlxalq humanitar təşkilatı "Oxfam"ın "Ən zənginlərin sağ qalması" hesabatında dərc olunub. Belə ki, ən zənginlərin sərvəti dünya əhalisinin ən aşağı təbəqəsindəki 99 faizin ümumi payından təxminən iki dəfə çoxdur.

Hesabata görə, milyarderlərin sərvəti gündə 2,7 milyard dollar artıb. Ən yaxşı gəlir əldə edənlər 2021-ci ilin sonuna qədər şəxsi sərvətlərinə 26 trilyon dollar əlavə ediblər.

Oxfam bildirib ki, dünyada multimilyonerlər və milyarderlər üçün nəzərdə tutulan 5 faizlik vergi ildə 1,7 trilyon dolların toplanılmasına səbəb ola bilər ki, bu da 2 milyard insanı yoxsulluqdan qurtarmağa kifayət edir.

"Oxfam İnternational"in idarəedici direktoru Qabriela Buçer deyir: " Adi insanlar qida kimi əsas ehtiyaclar üçün gündəlik fədakarlıqlar etsə də, super varlılar ən çılğın arzularını belə həyata keçiriblər". O, böhrandan çıxış kmi super zəngin və böyük koorporasiyaların vergiyə cəlb edilməsini təklif edib. Buçerin sözlərinə görə, əldə olunan məbləğ bugünkü böhranlardan çıxış qapısıdır.

"Super varlılar üçün 40 illik vergi endirimləri göstərdi ki, yüksələn dalğa bütün gəmiləri deyil, yalnız super yaxtaları qaldırıb".

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti