Horadiz-Ağbənd dəmir yolu xəttinin 38 faizi tikilib

   Horadiz-Ağbənd dəmir yolu xəttinin 38 faizi tikilib
  16 Yanvar 2023    Oxunub:1027
2024-cü ildə yekunlaşdırılması Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78% yerinə yetirilib, tikinti işlərinin isə 38%-i (53,2 km) icra edilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) AzVision.az -a verilən məlumata görə, beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.

Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85%-i tamamlanıb. Qeyd edilib ki, Azərbaycanın ən uzun dəmir yolu körpüsü region ölkələri arasında yükdaşımaların artırılmasına təkan verəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti