Sumqayıtda təmirə bağlanan məktəbin şagirdləri üçün avtobuslar ayrıldı

  Sumqayıtda təmirə bağlanan məktəbin şagirdləri üçün avtobuslar ayrıldı
  16 Yanvar 2023    Oxunub:3384
Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbin şagirdlərinin təhlükəsiz daşınması üçün avtobuslar təyin edilib. Belə ki, məktəbin təmiri bitənə qədər şagirdlər servislərlə pedoqoji heyətin müvəqqəti köçürüldüyü əraziyə aparılıb-gətiriləcək.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, bu gündən ibtidai siniflərin daşınması üçün 11 avtobus ayrılıb. Sabahdan isə digər siniflərin rahat daşınmasını təmin etmək məqsədi ilə daha 9 avtobus xidmət göstərəcək.

Valideynlər bildiriblər ki, şagirdlər Sumqayıt şəhər 36 nömrəli məktəbin həyətindən götürülür və dərs bitdikdən sonra yenidən həmin yerə qaytarılır. Növbəti həftədən isə məktəbin Saray qəsəbəsi və Yaşma ərazisində yaşayan şagirdlərinin daşınması üçün də əlavə 2 avtobus ayrılacaq.

Qeyd edək ki, valideynlər Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbin 4 ilə yaxın müddətdə təmir olunmaması barədə AzVision.az -a şikayət məktubu göndərmişdilər . Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə məktəbin növbəti tədris ilinə qədər təmirinin başa çatacağı bildirilib.



Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti