Təhlükə: Qrip və COVID-19 təbii immunitetin komponentini məhv edir

     Təhlükə:    Qrip və COVID-19 təbii immunitetin komponentini məhv edir
  16 Yanvar 2023    Oxunub:1855
Kanadalı alimlər koronavirus və qriplə insan bədənində ölümcül göbələk infeksiyasının inkişaf riskini artıran mexanizm aşkar ediblər.
Kalqari Universitetinin alimlərinin araşdırmasının nəticələri “Science Translational Medicine” jurnalında dərc olunub. İnsanların hər gün yüzlərlə və minlərlə “Aspergillus” göbələyini aldığı nəfəslə bədəninə daxil etdiyi məlumdur. Sağlam insanlar üçün, göbələklər adətən təhlükə yaratmır, lakin zəifləmiş immunitet sistemi olan insanlarda ölümcül infeksiyalara səbəb ola bilər. Artıq virus infeksiyaları hətta sağlam insanlarda da Aspergillus infeksiyası riskini artıra bilər.

Yeni araşdırmada elm adamları qrip və COVID-19-un göbələk infeksiyalarına müqavimət göstərmək üçün lazım olan təbii immunitetinin əvvəllər məlum olmayan komponentini məhv etdiyini aşkar ediblər.

Belə ki, iki növ ağ qan hüceyrəsi (neytrofillər və unikal B hüceyrəsi) adətən göbələk infeksiyası ilə mübarizə aparmaq üçün birlikdə işləyir. Bioloqlar siçanlar, insan qanı və toxuma nümunələri üzərində apardıqları təcrübələrdə görüblər ki, SARS-CoV-2 və ya qrip B hüceyrələrinin neytrofillərlə qarşılıqlı əlaqəsinə mane olur.

Alimlərin tədqiqatı müalicəsi ilə məşğul olduqları gənc xəstənin ölümü ilə başlayıb. Xəstə qriplə əlaqəli aspergillozdan (müxtəlif xəstəliklər törədən göbələk - red) ölüb, heç bir məlum müalicə gəncə kömək etməyib. Onların işinin nəticələri yalnız müalicəni inkişaf etdirməyə deyil, həm də infeksiyaların daha effektiv diaqnozuna və qarşısının alınmasına kömək edəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti