Ov qaydalarını pozan Yəmən və ABŞ vətəndaşları cəzalandırıldı

Ov qaydalarını pozan Yəmən və ABŞ vətəndaşları cəzalandırıldı
  17 Yanvar 2023    Oxunub:760
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonu, Xələfli kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.
AzVision.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Yəmən Respublikası vətəndaşı Al-Jaberı Mohammed Othman Hasan Munef və ABŞ vətəndaşı Al Saraj Hamad olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti