"47 daş karxanasına icazə sənədi verilib" - Agentlik

   "47 daş karxanasına icazə sənədi verilib" -    Agentlik
  17 Yanvar 2023    Oxunub:894
Ümumiyyətlə daş karxanalarının əksəriyyəti Qaradağ rayonunda yerləşən əhəng və mişar daşı yataqlarıdır.
AzVision.az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədr müavini Elçin Məcidov jurnalistər üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Qaradağda yerləşən daş karxanalarının fəaliyyətinin şəffaflaşdırılması məqsədilə 47 istismarçıya icazə sənədləri təqdim olunub. Eyni zamanda, Qaradağda fəaliyyət göstərən digər istismarçıların da zəruri sənədlərinin verilməsi və fəaliyyətlərinin mövcud qanunvericiliyin norma və standartları çərçivəsində aparılması işləri davam etdirilir. Həmçinin, faydalı qazıntı yataqlarının bərpa olunması və mədən tullantılarının idarə olunması istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda Nardaranda yerləşən daş karxanalarında mütəmadi monitorinqlər aparılır. Ərazinin bir qismində torpaqların rekultivasiyası işləri aparılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti