Qarabağda çalışan mütəxəssislərə hansı halda imtiyazlar veriləcək?

   Qarabağda çalışan mütəxəssislərə hansı halda imtiyazlar veriləcək?
  17 Yanvar 2023    Oxunub:750
Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin hansı şərtlərdə güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu açıqlayıb.
DƏMX-dən AzVision.az -a verilən məlumata görə, bu, Əmək Məcəlləsinin 21-ci maddəsi ilə tənzimlənir.

Məcəlləyə əsasən, mütəxəssislər aşağıdakı güzəştləri əldə edirlər:

- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqda;

- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə;

- Mütəxəssislər işğaldan azad edilmiş ərazilərdə məskunlaşdıqda.

AzVision.az



Teqlər:





Xəbər lenti