Ulu Öndərin 100 illiyinə həsr edilmiş layihəyə start verildi

Ulu Öndərin 100 illiyinə həsr edilmiş layihəyə start verildi
  16 Yanvar 2023    Oxunub:757
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyunlar layihəsi keçirilir.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ulu Öndərin 100 illiyi”nə həsr edilmiş gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyunlar layihəsinə start verilib.

Layihə çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Qəbələ, İsmayıllı, Göyçay rayonlarında gənclər arasında Azərbaycan tarixinin öyrənilməsinin təbliği istiqamətində tədbirlərin, intellektual oyunların keçirilməsinin təşkili nəzərdə tutulub.

İntellektual oyunların qaliblərinə hədiyyələr təqdim ediləcək, layihədə iştirak edən hər kəs sertifikatla təltif olunacaq.

Layihənin məqsədi gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyunların təşkili və gənclər arasında Azərbaycan tarixini öyrənmə və öyrətmənin təbliği üzrə tədbirlərin təşkilidir.

Layihə Qəbələ, İsmayıllı, Göyçay rayonlarında, 20.12.2022 – 20.03.2023-cü il tarixlərində icra edilir.

AzVision.az



Teqlər:



Xəbər lenti