Təxminən bir ildir ki, xəstəlik daha da irəliləyib və o aktyorun dərk etmə qabiliyyətlərinə getdikcə daha çox təsir edir. Bununla belə, aktyor ağır xəstəliyə təslim olmur, aktiv həyat tərzi keçirməyə çalışır. Bəzən hətta paparassilərin obyektivinə də düşür. Bununla belə Bryus cəmiyyət arasında az görünməyə çalışır, ailəsi və qızları ilə daha çox vaxt keçirir.
Aktyorun varislərindən biri, 28 yaşlı Tallula isə atası ilə yeni və gülməli fotolar paylaşıb. Qeyd edək ki, əsasən döyüş janrlarında çəkilən filmlərin ulduzu kimi tanınan aktyor fotolarda yaxşı görünür. Hətta sosial şəbəkə istifadəçiləri yeni fotolara əsasən xəstəliyin ona qalib gəlməsinə imkan vermədiyini yazırlar.
Tural Tağıyev
AzVision.az