Xəzər dənizinin sahillərində yenidən suiti cəsədləri tapılıb

   Xəzər dənizinin sahillərində yenidən suiti cəsədləri tapılıb
  17 Yanvar 2023    Oxunub:1744
Xəzər dənizinin Mahaçqala yaxınlığındakı sahilində ölü suitilər tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Tapılan heyvanlar "Qırmızı Kitab"a düşmüş və nəsli kəsilməkdə olan Xəzər suitilərinin endemik növünə aiddir.

Son məlumatlara görə, ümumilikdə Xəzər dənizinin Dağıstan sahillərində 2,5 min suiti cəsədi tapılıb. Şəhərin Təbii Sərvətlər Nazirliyi iddia edir ki, heyvanların tələf olmasına “təbii təbii amillər” səbəb olur. lakin onların populyasiyası sabitdir - 270-300 min suiti dənizdədir.

Qeyd edək ki, bundan əvvəl Xəzər dənizinin Azərbaycan sahillərində 17 ölü suiti tapılmışdı.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti