Minalardan ələnən azad torpaq – FOTOLAR
Bununla bərabər, "təmas xətti" kimi bilinən nəhəng relyefli zonada və ələxüsus, döyüşlərin getdiyi ərazilərdə 14950 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib. Onlar minalardan daha təhlükəli sayılırlar, çünki müxtəlif, hətta mexaniki olmayan səbəblərdən partlayaraq, ətrafa daha çox ziyan vura bilər. Erməni işğalçıları tərəfindən istifadə olunan raket və mərmilərin əksəriyyətinin saxlanma müddəti keçdiyindən, belə təhlükəli tapıntılara çox rast gəlinir.
Torpağın alt qatlarına enən, çay məcralarında batan partlamamış müxtəlif mərmilər illərlə qrunt sularını zəhərləyərək, təhlükə mənbəyi kimi qala bilər.
Ərazilərimizin minalardan təmizlənməsi üç əsas üsulla reallaşdırılır. İlk növbədə xüsusi texnikanın, itlərin cəlb olunması və ənənəvi mexaniki axtarış yolu ilə.
Məsafədən idarə olunan minatəmizləmə maşınları prosesi təhlükəsiz şəkildə həyata keçirməyə kömək etsə də, bəzi hallarda piyada əleyhinə yüngül çəkili minanı zərbə ilə sındırıb, kənara atır. Relyefli ərazilərdə və tank əleyhinə minaların axtarışında ümümilikdə onlardan istifadə etmək olmaz. Bunun üçün minalanmış ərazilərin ilkin ekspertizası və şərti xəritələri hazırlanır.
Texnikadan sonra qrunt təkrar olaraq digər üsullarla da yoxlanılır.
Növbəti mərhələdə ərazidə xüsusi təlim görmüş itlər, sonda isə agentliyin mütəxəssislərindən ibarət qrup işə başlayır.
Bu yaz əkin sahələrinə və bağlara, yeni yol və kanallara çevriləcək minlərlə hektar Vətən torpağı sözün əsl mənasında ələnərək, istifadəyə yararlı hala gətiriləcək...
Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün