Qız Qalasının qarşısındakı körpü təmirə bağlanıb

   Qız Qalasının qarşısındakı körpü təmirə bağlanıb
  17 Yanvar 2023    Oxunub:802
Qız Qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb.
Bu barədə AzVision.az -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq.

Məlumata görə, körpünün aşırımlarının bərpasının fevralın 10-na qədər yekunlaşdırılması nəzərdə tutulub.

İdarə müvəqqəti narahatlığa görə İçərişəhərin sakinlərindən və qonaqlardan üzr istəyib.



AzVision.az


Teqlər:





Xəbər lenti