Makronun makaron feyki

// “Euronews”un “Xankəndi dramı” komediya alındı

   Makronun makaron feyki
  17 Yanvar 2023    Oxunub:1430
Azərbaycan eko-aktivistlərinin Laçın dəhlizindəki fəaliyyətini az qala “total blokada” və “humanitar fəlakət” kimi göstərməyə çalışan separatçı tör-töküntüləri növbəti vizual feyk paylaşıblar.
Fransanın (!) Leon şəhərindən rusca efirə çıxan Euronews xəbərlərində efirə gedən "Армения не примет у себя учения ОДКБ" süjetində "Xankəndi dükanlarının boş rəfləri" mövzusuna yenidən müraciət olunub.

Amma yalan xəbər o dərəcədə tələsik hazırlanıb ki, çəkiliş üçün ikitərəfli rəfin yalnız ön qismi yığışdırılıb və ora epik "sonuncu" makaron yerləşdirilib.

58-ci saniyədəki bu kadrı diqqətlə izləyəndə görmək olar ki, rəfin arxa tərəfi və hətta ondan sonrakı üzbəüz ərazi ərzaqla dolub-daşır...

Hans Kloss
AzVision.az



Teqlər: Xankəndi   Fransa  



Xəbər lenti