Sülhməramlılar erməni uşaqlarını Xankəndiyə aparıblar

   Sülhməramlılar erməni uşaqlarını Xankəndiyə aparıblar
  17 Yanvar 2023    Oxunub:834
Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.
AzVision.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 3 təminat avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb. Həmin avtomobillərdə 26 erməni əsilli insan olub ki, onlardan da 20-si uşaqdır. Həmin şəxslər Laçın-Xankəndi yolunda təşkil olunan aksiyadan əvvəl Ermənistana gedibmişlər.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi təmin olunur. Aksiya heç də siyasi xarakter daşımır, humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

AzVision.az



Teqlər: Xankəndi  



Xəbər lenti