Milli Məclisdə genderlə bağlı konfrans keçiriləcək

Milli Məclisdə genderlə bağlı konfrans keçiriləcək
  18 Yanvar 2023    Oxunub:729
Ailə, qadın və uşaq məsələləri komitəsi Yeni Azərbaycan Partiyası ilə birlikdə gender bərabərliyi mövzusunda birgə konfrans təşkil edəcək.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin yanvarın 18-də keçirilən iclasında deyib.

Komitə sədrinin sözlərinə görə, bu məsələ Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planına daxil edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti