DİN manyakla bağlı yayılan görüntüləri araşdırır

   DİN manyakla bağlı yayılan görüntüləri araşdırır
  18 Yanvar 2023    Oxunub:807
Sosial şəbəkələrdə Bakıda manyakın peyda olması ilə bağlı məlumatlar yayılıb.
Məlumatlarda manyakın Nərimanov rayonu ərazisində olduğu qeyd olunur. Məlumata görə, manyak dərsdən evə qayıdan məktəbli qıza yaxınlaşaraq onu naməlum ünvana aparmaq istəyib. Lakin azyaşlı qız onun əlindən qaçaraq, yaxındakı mağazaya daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar: “Hazırda həmin görüntülərlə bağlı araşdırma aparılır”.



AzVision.az


Teqlər:



Xəbər lenti