Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olundu

   Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olundu
  18 Yanvar 2023    Oxunub:796
Yanvarın 18-də Naxçıvan seysmoloji stansiyasından 100 kilometr cənub-qərbdə - Türkiyə-İran sərhədində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az -a bildirilib ki, yerli vaxtla saat 14:08-də qeydə alınan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 5.9-a bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti