"Lavrovun nə düşünməsi bizi maraqlandırmamalıdır" - Politoloq

   "Lavrovun nə düşünməsi bizi maraqlandırmamalıdır" -   Politoloq
  18 Yanvar 2023    Oxunub:942
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki, bir neçə gün əvvəl Rusiya sülhməramlı kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi və separatçıların nümayəndələri arasında görüş keçirilib. Görüş Laçın yolundakı vəziyyətlə bağlı olub.
Lavrov yaxın vaxtlarda məsələnin öz həllini tapacağını düşündüyünü bildirib.

Məsələni AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Lavrovun nə düşünməsi bizi maraqlandırmamalıdır. Lavrov özü “mövcud vəziyyətlə bağlı Azərbaycan nə düşünür” sualına cavab üzərində düşünməlidir.

- Azərbaycanın nə düşündüyünü və nə istədiyini isə erməni separatçılarının lideri Araik Arutunyan tərəfdarlarına izah edib: Ruben Vardanyan Qarabağı tərk etməlidir, separatçılar mədənlərindəki işi dayandırılmalıdırlar, Laçın dəhlizinin Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılmalı və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsi olmalıdır, separatçılara məxsus ağır hərbi texnika bölgədən çıxarılmalıdır, - ekspert qeyd edib.

Elxan Şahinoğlunun sözlərinə görə, Araik Arutunyan və onun separatçı ətrafı rəsmi Bakının bu tələblərini yerinə yetirməyəcəklər.

- Erməni mənbələrinə görə, Arutyunyanın rəsmi Bakının tələblərinə reaksiyası belə olub: “Rəsmi Bakının tələblərini yerinə yetirsək belə dəhlizin açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”.

Bəli, separatçılar üçün bundan da çətin günlər qarşıdadır. Rəsmi Bakının iddia edildiyi kimi Rusiya hərbi kontingenti vasitəsilə separatçılara göndərdiyi tələblər prosesin başlanğıcıdır. Bundan sonra başqa tələblər irəli sürüləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Lavrov  





Xəbər lenti