Nehrəmdə 40 yaşlı qadın yanıq xəsarətləri alıb

Nehrəmdə 40 yaşlı qadın yanıq xəsarətləri alıb
  18 Yanvar 2023    Oxunub:821
Naxçıvan Muxtar Respublikasında 40 yaşlı qadın ağır yanıq xəsarətləri alıb.
Hadisə Babək rayonunun Nehrəm kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Həmidə Hacıyevanın əlində olan spirt alışıb, onun üzü və bədəninin digər nahiyələri yanıb.
Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi deyilir. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Apa)


Teqlər:





Xəbər lenti